Bakıda su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[URIS id=41826]