Paytaxtın Nərimanov rayonunda yeniyetmə avtoqəzaya düşüb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
15 yaşlı Oruc Namazov yolu keçən zaman onu avtomobil vurub. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.