Bakıda 2 nəfər bıçaqlanıb. Bu haqda 7 aprel tarixində APA xəbər verib.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 15 yaşlı Kamal Əliyev tanışı ilə əlbəyaxa dava zamanı bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Sabunçu rayonu, Sabunçu bazarında 28 yaşlı Umud Gülməmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.