Bakının Nərimanov rayonunda “Daewoo” markalı minik avtomobilin sürücüsü yol kənarındakı dirəyə çırpılıb. Bu haqda 26 aprel axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə yerinə xilasedici briqadası cəlb olunub. Müxtəlif bədən xəsarətləri alan sürücü deformasiyaya uğramış avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.