Bu gün, 13 aprel günorta saatlarında Bakının Nərimanov rayonunda yanğın baş verib. Bu haqda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Daxil olan məlumata əsasən, alışma inşaat materiallarının satışı bazarının ərazisində qeydə alınıb. Yanğın nəticəsində gözətçi köşkü, ona bitişik köşkün dam örtüyünün taxta atmaları yanıb. Köşkün yanında olan anbarların taxta atmaları 2 kv.m və 0.5 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.