Bakıda gözəllik və gül salonlarından oğurluq edilib. Bu haqda 18 aprel tarixində Report məlumat verib.
Nərimanov rayonunda iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Rəhimov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, əvvəllər də oğurluğa görə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.