Bakıda minik avtomobili beton maneəyə çırpılıb. Bu haqda 12 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Nərimanov rayonunda “Lada” markalı minik avtomobili beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü sıxılı vəziyyətdə qalıb. Sürücünü çıxarmaq üçün hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.