Bakıda sərnişin sürücüyə qarşı dələduzluq edib. Bu haqda 7 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda iyulun 6-da Bakı şəhər sakini H.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs onu bıçaqla hədələyərək 370 manatını alıb və avtomobillə hadisə yerindən uzaqlaşıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Muxtarov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.