Bakının Nərimanov rayonunda 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Müxtəlif vaxtlarda rayon ərazisindəki ayrı-ayrı ünvanlardan iki nəfərin velosipedinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V. Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.