Nəsimi rayonunda 2 nəfərin mobil telefonu oğurlanıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
RPİ 20-ci Polis Bölməsinə parkların birində Bakı şəhər sakinləri olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərlərində 2 ədəd mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanzadə saxlanılıb.