Nəsimi rayonu, M.C.Paşayev küçəsi, 18 ünvanında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın 2-ci mərtəbəsində paltaryuyan maşında qeydə alınıb. Nəticədə mənzil sahibi tüstüdən zəhərlənib, mətbəxə ziyan dəyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Ev sahibi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_131574" align="alignnone" width="640"]
Foto APA[/caption]