Paytaxtın Nəsimi rayonunda yolu keçən piyada qəzaya uğrayıb. Bu haqda Report 24 iyun tarixində məlumat verir.
Hadisə 28 May küçəsində qeydə alınıb. 99-XF-694 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobil piyadanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşını cəlb edilib.