Bakının Nəsimi rayonunda saxlanılan şəxsdə heroin aşkar edilib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Seymur Məmmədovdan 1 kiloqram 15 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.