Paytaxtın Nəsimi rayonunda bir nəfərin üzərində odlu silah aşkar edilib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Adil Musayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. O, odlu silah-sursatı satmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_96764" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]