Paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsində 2 qadını avtomobil vurub. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
48 yaşlı Aynurə Süleymanlı və 57 yaşlı Mehriban Tağıyeva “Zabitlər parkı”nın qarşısında avtomobil yolunu keçən zaman onları Səmədulla Məmmədzadə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə vurub.
Nəticədə piyadalardın biri - M.Tağıyeva hadisə yerində dünyasını dəyişib, A.Süleymanlı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işinə başlanılıb.