Paytaxtın Nəsimi rayonunda 2 yaşlı körpə xəsarət alıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Repot-a istinadən xəbər verir.
Hadisə Mirəli Qaşqay küçəsində baş verib. 2 yaşlı N.Əliyeva ehtiyatsızlıqdan əlini elektrik dəzgahına salıb. Körpə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun əlini dəzgahdan çıxarmaq üçün FHN-in əməkdaşları da cəlb olunublar.
Araşdırmalar davam edir.