Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 mart tarixində Report məlumat verib.
30 yaşlı Şahmar Əlicanov idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çarpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə sol dirsək sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.