Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Məltəm Rzazadə avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sağ ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.