Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis Bölməsinə verilən məlumata görə, oktyabrın 24-ü saat 16:00-da adıçəkilən ərazidə əvvəllər məhkum olunmuş 51 yaşlı Araz Həsənov bıçaqlanıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Hazırda cinayətdə şübhəli bilinən şəxsin axtarışları aparılır.