Paytaxtın Nəsimi rayonu, Vaqif prospekti və Xan Şuşinski küçələrinin kəsişməsində motosiklet və avtomobil toqquşub. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Hyundai” markalı nəqliyyat vasitəsi Xan Şuşinski küçəsində hərəkətdə olan zaman Vaqif prospektindən çıxan motosikletlə toqquşub. Nəticədə minik avtomobili yüksək sürətlə binaya çarpılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_89526" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]