Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli, qaz sobası və aspirator yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.