Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, Bakı şəhər sakini olan bir nəfərin 5000 manatı oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.