Paytaxtın Nəsimi rayonu, 28 may və Puşkin küçələrinin kəsişməsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi qəfil dönmə hərəkəti edən zaman arxadan gələn “Kia” markalı avtomobillə toqquşub. Bir nəfər xəsarət alıb.
Araşdırmalar davam edir.