Bakının Nəsimi rayonunda obyektlərin birində oğurluq olub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, aprelin 15-də obyektin divarından 2000 manat dəyərində elektrik kabeli və havalandırma borularını sökülərək oğurlanıb. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.