Bakıda mənzildə partlayış zamanı qadın xəsarət alıb. Bu haqda 6 iyul tarixində APA məlumat verib.
Nəsimi rayonu, Hüseyn Seyidzadə 26 ünvanında Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış olub. Hadisə yerinə FHN-in əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Ərazidə ekspertiza işləri aparılır.