Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Təbriz Əhmədov saxlanılıb.
O, qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibini görüb və fürsətdən istifadə edərək evdən 18.500 manat oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.