Nəsimi rayonunda bıçaqlanma olub. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 4-cü mikrorayon ərazisində baş verib. 28 yaşlı Fərid Həsənov naməlum şəxslərlə dava edən zaman bıçaqlanıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.