Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 mart tarixində APA məlumat verib.
Qəza Hüseyn Seyidzadə və Hüseynbala Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
Qadın sürücü idarə etdiyi “Nissan” markalı avtomobillə kəsişmədə qadağan olunmuş istiqamətdə manevr etmək istəyib və düzünə hərəkət edən “Toyota” markalı avtomobillə toqquşub.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Toqquşma nəticəsində yolda tıxac yaranıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları avtomobillərin götürülməsini təmin ediblər. Faktla bağlı araşdırma aparılır, avtotexniki ekspertiza təyin olunub.
[caption id="attachment_93785" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]