Nəsimi rayonunda ölkəyə qanunsuz salınan tütün məmulatları aşkarlanıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı adıçəkilən rayon ərazisində 3989 qutu tütün məmulatları aşkar edilib. Həmin məhsulların satış məqsədilə ölkəyə gətirildiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.