Nəsimi rayonunda küçədən meyit tapılıb. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda 51 yaşlı Sərvər Həsənovun meyiti tapılıb. Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmaya başlanılıb.