Paytaxtın Nəsimi rayonunda bank hesabından pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyeva Bakı şəhər sakini G.Qurbanovanın bank hesabından 500 AZN pul oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.