Paytaxtın Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında avtomobillərə konstruksiya dəyişikliyi edən 6 sürücü saxlanılıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Həmin sürücülər barəsində aparılan yoxlama zamanı məlum olub ki, 4 sürücünün sürücülük hüququ olmayıb. Saxlanılan avtomobillər arasında 4-ü “VAZ”, 1 ədəd “Tofaş” və 1 ədəd “Prius” markalı nəqliyyat vasitələri olub.
Tutulan şəxslərə qarşı protokol tərtib edilib, onlarla profilaktik söhbətlər aparılıb.Foto Oxu.az