Bakının Kövkəb Səfərəliyeva küçəsi, 26 ünvanında kişi meyiti tapılıb. Bu haqda bu gün, 6 fevral tarixində Lent.az məlumat verib.
Həmin binada mühafizəçi kimi işləyən 49 yaşlı Şükran Rəsulovun meyiti binanın qarşısında aşkar olunub. Onun üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.