Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzilin divar sobasının ətrafı 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.