Paytaxtın Nəsimi rayonunun 28 May küçəsində motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
33 yaşlı Elvin Məmmədli avtomobil yolunu keçən zaman onu motosiklet vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.