Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
43 yaşlı Qoşqar Osmanlı motosikletlə hərəkətdə olan zaman minik avtomobili ilə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.