Paytaxtın Nəsimi rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
22 yaşlı Murad Məcidov motosikletlə hərəkətdə olan zaman minik avtomobili ilə toqquşub. Nəticədə motosikletçi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.