Bakının Nəsimi rayonu, Azadlıq prospektində döyülmə hadisəsi baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə fevralın 12-si baş verib. 66 yaşlı Afizər Mustafayeva yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb. Oğul anasını ağac budağı ilə döyüb. Qadın qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Müayinə zamanı Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Qadın reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.