Paytaxtın Nəsimi rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şamaxı rayon sakini T.Abbasov adıçəkilən rayon ərazisində yerləşən evlərin birindən 2 ədəd notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.