Bakının Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın zirzəmisində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan anbarın içərisinə quraşdırılan elektrik lövhəsi və giriş-çıxış kabeli yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Anbar və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.