Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Qəza Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. Mərdanov Qardaşları və Bakıxanov küçələrinin kəsişməsində “Chevrolet Captiva” və “Toyota Prius” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.