Paytaxtın Nəsimi rayonunda pulqabı oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Xırdalan şəhər sakini S.Əliyev Bakı şəhər sakininin içərisində pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.