Nəsimi rayonunda pulqabı oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cəlilabad rayon sakini Ceyhun Əzizov adıçəkilən rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 AZN olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalara başlanılıb.