Bakının Nəsimi rayonunda ölümlə və xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 fevral tarixində APA məlumat verib.
Azadlıq prospekti ilə yüksək sürətlə hərəkət edən “Toyota Prius” avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil ağaca, daha sonra mağazaya və yol nişanına çarpılıb.
Zərbənin gücündən avtomobil aşıb, 32 yaşlı sərnişin Arif Rəhimli ağır bədən xəsarətləri alıb. Digər sərnişin isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanı törədən sürücü saxlanılıb.
[caption id="attachment_89532" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]