Bakının Nəsimi rayonu, A.Məhərrəmov küçəsində qəza törədən sürücü saxlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Araşdırma zamanı “Saipa” markalı 99-PJ-279 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan “Kia” markalı 77-DC-317 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün 34 yaşlı Əyyub Abışov olduğu məlum olub.
Abışov barəsində qanunamüvafiq tədbirlər görülüb.