Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
37 yaşlı Kürsüm Əhmədova yolu keçən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada müxtəlif bədən xəsarətləri alıb. Əhmədova təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.