Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı Nərmin İsmayılova avtomobil yolunu keçən zaman onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.