Bakının Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat, sənəd və bank kartı olan pulqabısı oğurlanıb. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səbinə Ağayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.