Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən 5 şəxs saxlanılıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunub.
Saxlanılan şəxslər narkotik vasitələri internet vasitəsilə satmaq məqsədilə sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından aldıqlarını və narkotik kuryerliyi ilə məşğul olduqlarını bildiriblər.