Paytaxtın Nəsimi rayonunda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
5 saylı sərnişin avtobusu hərəkətdə olan zaman digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə 1 nəfər sərnişin - 45 yaşlı Rəşad Dadaşov xəsarət alıb. Onun sol qolu sınıb.
Faktla bağlı araşdırma aparılır.